Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 21-ci turu çərçivəsində lider “Sportinq”lə qarşılaşıb.
Lissabon təmsilçisi ilə səfərdə baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin biabırçı məğlubiyyəti ilə yekunlaşıb – 0:5. 8-ci dəqiqədə hesabı açan “Sportinq” 18-ci dəqiqədə daha bir qol vuraraq ilk hissəni 2:0 öndə bitirib. 71, 73 və 85-ci dəqiqədə də qonaqları mərkəzə dəvət edən lissabonlular darmadağına seviniblər.
Bu məğlubiyyətdən sonra braqalılar 40 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını fevralın 15-də doğma meydanda məhz Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-dən 16-na keçən gecə Portuqaliyada baş tutacaq və saat 00:00-da başlayacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.
Xəbəri paylaşın:
- Click to share on Facebook (Opens in new window) Facebook
- Click to share on WhatsApp (Opens in new window) WhatsApp
- Click to share on X (Opens in new window) X
- Click to share on Telegram (Opens in new window) Telegram
- Click to email a link to a friend (Opens in new window) Email
- Click to share on LinkedIn (Opens in new window) LinkedIn
- Click to share on Reddit (Opens in new window) Reddit
- Click to share on Tumblr (Opens in new window) Tumblr
- Click to share on Pinterest (Opens in new window) Pinterest
- Click to share on Pocket (Opens in new window) Pocket
- Click to share on Nextdoor (Opens in new window) Nextdoor
- Click to share on Mastodon (Opens in new window) Mastodon
- Click to print (Opens in new window) Print