Futbol üzrə İspaniya millisinin və “Qranada”nın sol cinah vingeri Brayan Saraqosa Almaniyanın “Bayern” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı ispan futbolçunun bu mövsümün sonuna qədər La Liqa klubunda qalacağı diqqətə çatdırılıb. O, 2024-cü ilin yayında “Bayern”in düşərgəsinə qoşulacaq.
Bu transferin detalları açıqlanmır. Amma Münhen təmsilçisinin La Liqa klubuna 13 milyon avro ödədiyinə dair məlumatlar var. Tərəflər arasındakı müqavilənin isə 5 illik olduğu bildirilir.
Xatırladaq ki, Brayan Saraqosa “Qranada”nın öz yetirməsidir. O, bir müddət “El-Exido”da icarədə də oynayıb.
Saraqosa “Qranada”da da bütövlükdə 51 oyuna çıxıb. O, bu ilin oktyabr ayında debüt etdiyi İspaniya millisində də bir 1 oyun keçirib.