İngiltərənin “Brayton” klubu müdafiəçisi Adam Uebsterlə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitəcəkdi.
Adam Uebster 2019-cu ildən “Brayton”un uğurları üçün çalışır. O, ötən mövsüm bu komandanın heyətində 31 matça çıxıb, 1 qol vurub.
Mərkəz müdafiəçisi əvvəllər “Bristol Siti”, “İpsviç Taun”, “Alderşot Taun” və “Portsmut”da da forma geyinib.