“Brayton” üçün italiyalı baş məşqçi

İngiltərənin “Brayton” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Roberto De Zerbi çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 43 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

O, bu vəzifədə bir müddət əvvəl “Çelsi”yə baş məşqçi təyin olunan Qrem Potteri əvəz edib. Hansı ki, o da London klubundan istefaya göndərilmiş Tomas Tuxeli əvəz etmişdi.

Roberto De Zerbi son olaraq Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına rəhbərlik edib. O, 2021-ci ildə baş məşqçi təyin olunduğu sözügedən klubdan bu yay ayrılmışdı. İtaliyalı mütəxəssis daha öncə “Sassuolo”, “Benevento”, “Palermo” və “Foccia” kimi klublara da rəhbərlik edib. ğ

“Brayton” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 6 oyunda 13 xal toplayıb və hazırda 4-cü pillədə qərarlaşıb. Komandanın bir oyunu da təxirə salınıb.