Futbol üzrə Amerika kubokuna start verilib. Arena.az xəbər verir ki, turnirin açılış matçında ev sahibi Braziliya Venesuela ilə qarşılaşıb.
Meydan sahibləri bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıblar. Braziliyaya qələbə gətirən qolları Markinyos (23-cü dəqiqə), Neymar (64) və Qabiqol (89) vurub.