“Brentford” Liqa Kubokunda 1/4 finala penaltilərlə yüksəldi

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sauthempton” – “Stok Siti” matçında birincilər qələbə qazanıblar.

“Brentford”la “Şeffild Uensdey” arasındakı matçın əsas vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiqə olan “Brentford” növbəti mərhələyə yüksəlib.

Bu mərhələnin qalan oyunları sabah keçiriləcək.

İngiltərə, Liqa Kuboku
1/8 final mərhələsi
29 oktyabr

Sauthempton – Stok Siti 3:2
Qollar: Bellis, 19. Armstronq, 35. Bri, 88 – Fillips, 45. Kannon, 54.

Brentford – Şeffild Uensdey 1:1 (penaltilər 5:4)
Qollar: Şade, 11 – Qassama, 57.

30 oktyabr

23:30. Brayton – Liverpul
23:45. Aston Villa – Kristal Pelas
23:45. Mançester Yunayted – Lester Siti
23:45. Nyukasl – Çelsi
23:45. Preston – Arsenal
00:15. Tottenhem – Mançester Siti

Xəbəri sosial şəbəkələrdə paylaş: