Brunao rəsmən “Turan Tovuz”da!

Sonuncu iş yeri Portuqaliya “Leyşoyş”u olan Bruno Qonçalves do Prado (Brunao) “Turan Tovuz” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı mərkəz müdafiəçisi 1 illik müqaviləyə imza atıb.

Brunao ötən ilin yayından formasını geyindiyi “Leyşoyş”da 26 oyuna çıxıb. O, bu oyunlarda 4 qol və 1 məhsuldar ötürmə müəllifi də olub.

Braziliyalı daha öncə “Bahia”, “Aroka” və “Vila Nova” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Turan Tovuz” Brunaodan öncə Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu və Otto Conu da transfer etmişdi.

Əyalət klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə imzalanıb.

Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu və Ehtiram Şahverdiyev isə komandanı tərk ediblər.