Bruno Fernandes 2026-cı ilə qədər “Mançester Yunayted”də!

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Bruno Fernandes ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Amma anlaşmada müqavilənin daha bir mövsüm uzadılması maddəsi də yer alıb.

Yeni müqavilə imzaladıqdan sonra portuqaliyalı yarımmüdafiəçi “Mançester Yunayted”də ən çox maaş alan 3 futbolçudan biri olub. Onun ildə 14-15 milyon avro qazanacağı bildirilir.

Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. 27 yaşlı portuqaliyalı futbolçu bu müddət ərzində 117 oyun keçirib, 49 qol vurub, 39 məhsuldar ötürmə edib.