“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqada zərbə mövqeyinə çıxaran ötürmələr vermək üzrə liderdir.
Arena.az xəbər verir ki, bu haqda “Opta Sports” statistik internet-portalı məlumat verib.
Mənbənin məlumatına əsasən, portuqaliyalı yarımmüdafiəçi başa çatmış 2022/2023 mövsümündə 119 belə ötürmə ilə fərqlənib.
İkinci göstərici “Nyukasl”ın ingilis sağ müdafiəçisi Kiran Trippyerə məxsusdur (110). Üçüncülüyü “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne qapayır (98).
Xatırladaq ki, Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. 28 yaşlı futbolçu bu müddət ərzində 184 oyun keçirib, 63 qol vurub, 54 məhsuldar ötürmə edib. Portuqaliya yığmasının üzvü daha öncə “Sportinq”, “Udineze”, “Sampdoriya”, “Novara” kimi klubların da formasını geyinib. O, ölkəsinin əsas milli komandasında 55 oyuna 13 qol vurub.