Bruno Laji: “Benfika” ÇL-də daha uzağa getmək istəyir”

“Benfika”nın baş məşqçisi Bruno Laji UEFA Çempionlar Liqasının 1/16 final mərhələsində “Monako”nu keçmələrini şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda 1:0 hesablı səfər qələbəsi qazanmış “Benfika”, evdəki cavab oyununda 3:3 hesablı heç-heçə sayəsində “Monako”nu Çempionlar Liqasından kənarlaşdırıb.

Bruno Laji maçtdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunun əvvəli tarazlı alındı, biz haqlı olaraq hesabda önə çıxdıq. Ancaq rəqib hesabı bərabərləşdirəndə, bizə xeyli çətin məqam yaşamaq lazım gəldi. Hesab “Monako”nun xeyrinə 2:1 olduqda isə düzəlişlərin vaxtı gəldi. Komandam buna layiqincə qarşılıq verdi, azarkeşlərimiz isə bizi dəstəklədilər. Komandamın fərqli oynamağa başlamasında azarkeşlərin xidməti böyükdür. Komandam başqa cür təpkiyə başladı və iki qol vurdu. 1/8 finala çıxmağımız çox vacibdir. Bu, əlamətdar məqamdır, amma biz bu yarışda bacardıqca uzağa getmək istəyirik”, – UEFA-nın mətbuat xidməti portuqal mütəxəssisdən sitat gətirir.

“Benfika” Çempionlar Liqasının 1/8 mərhələsində mübarizəsini davam etdirəcək. Lissabon təmsilçisi bu mərhələdə “Barselona” və ya “Liverpul”la qarşılaşacaq.

Xəbəri istədiklərinizlə paylaşın