“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.
Arena.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Bruno Teluşi sözügedən oyunu buraxmalı olacaq.
Bu barədə “ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı “Neftçi TV”yə açıqlamasında məlumat verib. O, alban futbolçunun zədə səbəbindən oynaya bilməyəcəyini söyləyib.
Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Sabah” matçına saat 18:15-də start veriləcək.