Bukayo Saka zədələndi, yığmanın düşərgəsini tərk etdi

UEFA Millətlər Liqası çərçivəsində Yunanıstan yığması ilə oyun (1:2) İngiltərə yığmasının cinah hücumçusu Bukayo Saka üçün xoşagəlməz bitib.

Arena.az “Football.London” dərgisinə istinadən məlumat verir ki, həmin oyunun 52-ci dəqiqəsində zədə səbilə əvəzlənmiş Sakanın dizaltı vətərinin zədələndiyi aşkarlanıb.

Saka “üç şirin” UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Finlandiya yığması ilə səfər oyununda iştirak edə bilməyəcək. Həmçinin futbolçunun beynəlxalq fasilədən sonra da meydana çıxıb-çıxmayacağı sual altındadır. Belə ki, Sakanın zədəsinin şiddət dərəcəsi yaxınlarda keçiriləcək tibbi müayinə nəticəsində müəyyənləşəcək.

İngiltərə yığmasının mətbuat xidməti Sakanın “Arsenal”ın düşərgəsinə qayıtdığını təsdiqləyib.

Bukayo Saka “Arsenal”ın yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb. Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

2024/2025 mövsümündə Saka “topçular”ın heyətində 10 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsə 236 oyun, 61 qol və 60 məhsuldar ötürmədən ibarətdir.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
Saka “Arsenal”la İngiltərə Kubokunun (2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun Bukayo Sakanın transfer dəyərin 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: