Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Auqsburq” – “Sankt Pauli” matçında meydan sahibləri qələbə qazanıblar.
Üç qolluq “Maynts” – “Verder” görüşü isə qonaqların qələbəsiylə yekunaşıb.
Beləliklə, 3 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – “Bayern” 9 xalla vahid liderdir. Dortmund “Borussiya”sı və “Leypsiq” 7 xalla 2-3-cü yerləri bölüşürlər. “Haydenhaym”, “Bayer”, “Ayntraxt” və “Frayburq”un 6, “Verder” və “Union Berlin”in 5 xalı var. “Ştutqart”la “Auqsburq” isə 4 xal toplayıblar.
Almaniya, Bundesliqa
3-cü tur
13 sentyabr
Borussiya (Dortmund) – Haydenhaym 4:2
Qollar: Malen, 12. Adeyemi, 17; 41. E.Can, 90+3-pen – Pyeringer, 39. Breuniq, 74-pen.
14 sentyabr
Borussiya (Mönhenqladbax) – Ştutqart 1:3
Qollar: Plea, 27 – Undav, 21. Demiroviç, 58; 61.
Frayburq – Boxum 2:1
Qollar: Aamu, 58; 61 – Boadu, 45.
Hoffenhaym – Bayer 1:4
Qollar: Berişa, 37 – Terrye, 17. Bonifase, 30; 75. Virts, 72-pen.
Leypsiq – Union Berlin 0:0
Volfsburq – Ayntraxt 1:2
Qollar: Baku, 76 – Marmuş, 30; 82-pen.
Holştayn – Bayern 1:6
Qollar: Giqoviç, 82 – Musiala, 1. Keyn, 7; 43; 90+1-pen. Remberq, 13-öz qapısına. Olise, 65.
15 sentyabr
Auqsburq – Sankt Pauli 3:1
Qollar: Volf, 47. Tiets, 67. Y.Kabadayı, 90+6 – Buxalfa, 75.
Maynts – Verder 1:2
Qollar: Li, 27 – Dukş, 8-pen. Kön, 69.