Bundesliqa: “Bayer” “Bayern”i də darmadağın etdi – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı görüş baş tutub.

Mönxenqladbax “Borussiya”sı ilə “Darmştadt” arasındakı oyunda qapılara qol vurulmayıb. “Auqsburq” – “Leypsiq” və “Ayntraxt” – “Boxum” matçlarında da qalib müəyyənləşməyib.

Üç qolun qeydə alındığı “Verder” – “Haydenhaym” matçı qonaqların qələbəsiylə yekunlaşıbsa, “Union Berlin” “Volfsburq”la ev oyununda 3 xalı tək qolla qazanıb.

Cari mövsüm fırtına kimi əsən lider “Bayer” isə son çempion “Bayern”lə ev oyununda 3 cavabsız qolla qalib gəlib və əsas izləyicisindən uzaqlaşıb. Bu nəticədən sonra Leverkuzen təmsilçisi 55 xalla vahid liderdir. “Bayern” isə 50 xalla ikinci pillədə qərarlaşıb. “Ştutqart” və Dortmund “Borussiya”sının hesabında isə 40 xal var.

Qeyd edək ki, Almaniya Bundesliqasında 21-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək. Sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Almaniya, Bundesliqa
21-ci tur
9 fevral

Borussiya (Dortmund) – Frayburq 3:0
Qollar: Malen, 16; 45+7. Fullkruq, 87.

10 fevral

Auqsburq – Leypsiq 2:2
Qollar: Tiets, 35. Demiroviç, 60 – Openda, 39. Şeşko, 52.

Borussiya (Mönxenqladbax) – Darmştadt 0:0

Ayntraxt – Boxum 1:1
Qollar: Marmuş, 14 – Broşinski, 17.

Union Berlin – Volfsburq 1:0
Qol: Doexi, 45+25.

Verder – Haydenhaym 1:2
Qollar: Şmid, 19 – Maloney, 12. Beste, 18.

Bayer – Bayern 3:0
Qollar: Stanişiç, 18. Qrimaldo, 50. Frimponq, 90+5.

11 fevral

18:30. Ştutqart – Maynts
20:30. Hoffenhaym – Köln