Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı qolsuz heç-heçəyə razılaşıb. Altı qolun qeydə alındığı “Ştutqart” – “Maynts” matçında da qalib müəyyənləşməyib.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Hoffenhaym” matçında meydan sahibləri qələbə qazanıblar. “Boxum” evdə Mönxenqladbax “Borussiya”sına, “Holştayn” isə “Volfsburq”a 2 cavabsız qolla uduzub.
Son çempion, uzun müddətdir məğlubiyyət tanımayan “Bayer” də nəhayət Bundesliqada xalsız qaldığı oyun görüb. “Leypsiq”lə ev oyununda 2:0 öndə olmasına baxmayaraq, Leverkuzen təmsilçisi yekunda 2:3 hesabıyla uduzub.
2-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
2-ci tur
30 avqust
Union Berlin – Sankt Pauli 1:0
Qol: Hollerbax, 34.
31 avqust
Boxum – Borussiya (Mönxenqladbax) 0:2
Qollar: Kleyndienst, 67. Honorat, 78.
Ayntraxt – Hoffenhaym 3:1
Qollar: Ekitike, 24. Larsson, 33. Marmuş, 56 – Kramariç, 54.
Holştayn – Volfsburq 0:2
Qollar: Arnold, 27. Bornau, 30.
Ştutqart – Maynts 3:3
Qollar: Millot, 8. Levelinq, 15. Ryeder, 88 – Amiri, 43-pen. Burkardt, 62. Leyts, 90+4.
Verder – Borussiya (Dortmund) 0:0
Bayer – Leypsiq 2:3
Qollar: Frimponq, 39. Qrimaldo, 45 – Kampl, 45+7. Openda, 57; 80.
1 sentyabr
17:30. Haydenhaym – Auqsburq
19:30. Bayern – Frayburq