Bundesliqa: “Bayern”ə növbəti zərbə “Boxum”dan gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Altı qolun qeydə alındığı “Frayburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Boxum”la qarşılaşan “Bayern” isə gözlənilməz nəticə ilə üzləşib. Beş qolluq bu oyun Münhen təmsilçisinin növbəti məğlubiyyəti ilə yekunlaşıb. Ötən tur lider “Bayer”ə də uduzmuş son çempionu artıq zirvədən 8 xal ayırır. Belə ki, “Bayer”in 58, “Bayern”in 50 xalı var.

“Ştutqart” 46 xalla 3-cü, Dortmund “Borussiya”sı 41 xalla 4-cü, “Leypsiq” 40 xalla 5-cidir. “Ayntraxt” 33, “Verder” və “Frayburq” 29, “Hoffenhaym” və “Haydenhaym” 27, “Boxum” 25, “Volfsburq” və “Union Berlin” 24, “Ausburq” 23, Mönxenqladbax “Borussiya”sı 22, “Köln” 16, “Maynts” 15, “Darmştadt” 12 xal toplayıblar.

Almaniya, Bundesliqa
22-ci tur
16 fevral

Köln – Verder 0:1
Qol: Njinmah, 70.

17 fevral

Darmştadt – Ştutqart 1:2
Qollar: Seydel, 90+5 – Girassi, 14. Dahud, 90+2.

Haydenhaym – Bayer 1:2
Qollar: Klayndienst, 87 – Frimponq, 45+2. Adli, 81.

Hoffenhaym – Union Berlin 0:1
Qol: Aaronson, 84.

Maynts – Auqsburq 1:0
Qol: Van den Berq, 44.

Volfsburq – Borussiya (Dortmund) 1:1
Qollar: Gerhardt, 64 – Fullkruq, 8.

Leypsiq – Borussiya (Mönxenqladbax) 2:0
Qollar: Simons, 14. Openda, 57.

18 fevral

Frayburq – Ayntraxt 3:3
Qollar: Doan, 30. Qrifo, 45+5. Qreqoriç, 90 – Marmuş, 27. Knauff, 35; 72.

Boxum – Bayern 3:2
Qollar: Asano, 38. Şlotterbek, 44. Stoger, 78-pen – Musiala, 14. Keyn, 87.