Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Frayburq” – “Bayer” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Bayern” isə doğma meydanda “Union Berlin”ə 3 cavabsız qolla qalib gəlib.
Beləliklə, 22 turdan sonra 46 xala malik “Bayern” və Dortmund “Borussiya”sı turnir cədvəlinə şərikli liderlik edirlər. “Union Berlin” isə 43 xalla üçüncü pillədə qalıb. “Leypsiq”in 42, “Frayburq”un 41, “Ayntraxt”ın 38, “Volfsburq”un 33, “Maynts”ın 32, “Verder”in 30, Mönhenqladbax “Borussiya”sının 29 xalı var.
Almaniya Bundesliqası
22–ci tur
24 fevral
Maynts – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Li, 25. İnqvartsen, 49. Ayorke, 72. Nelson, 90+4.
25 fevral
Köln – Volfsburq 0:2
Qol: Gerhardt, 4.
Herta – Auqsburq 2:0
Qol: Rixter, 61. Lukebakio, 70.
Hoffenhaym – Borussiya (Dortmund) 0:1
Qol: Brandt, 43.
Leypsiq – Ayntraxt 2:1
Qol: Verner, 6. Forsberq, 40 – Sou, 61.
Verder – Bohum 3:0
Qol: Fullkruq, 29. Şmidt, 43. Dukş, 59.
Şalke – Ştutqart 2:1
Qol: Dreksler, 10. Bulter, 40 – Sosa, 63.
26 fevral
Frayburq – Bayer 1:1
Qol: Qrifo, 29 – S.Azmun, 67.
Bayern – Union Berlin 3:0
Qol: Şupo-Motinq, 31. Koman, 40. Musiala, 45+1.


