Bundesliqa: “Bayern” 4, “Bayer” 2 qolla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı Borussiya (Mönhenqladbax) – “Haydenhaym” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Frayburq” – “Auqsburq” və “Hoffenhaym” – “Boxum” görüşlərində də meydan sahibləri eyni hesabla (3:1) qalib gəliblər. “Maynts” evdə “Leypsiq” 2 cavabsız qolla uduzub.

Son çempion “Bayer” bu dəfə “Ayntraxt” üzərində çətin qələbəyə sevinib. Lider “Bayern” isə “Ştutqart”la ev oyunundan 4 cavabsız qolla qalib ayrılıb.

7-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
7-ci tur
18 oktyabr

Borussiya (Dortmund) – Sankt Pauli 2:1
Qollar: Bensebaini, 43. Girassi, 83 – Smit, 78.

19 oktyabr

Borussiya (Mönhenqladbax) – Haydenhaym 3:2
Qollar: İtakura, 22. Kleyndienst, 62; 75-pen – Skiença, 12. Piringer, 80-pen.

Bayer – Ayntraxt 2:1
Qol: Andrix, 25. Bonifase, 72 – Marmuş, 16-pen.

Frayburq – Auqsburq 3:1
Qollar: Qrifo, 34. Linhart, 37. Günter, 45+1 – Tiets, 65.

Hoffenhaym – Boxum 3:1
Qollar: Kramariç, 11. Bulter, 64. Tabakoviç, 90+3 – Qamboa, 76.

Maynts – Leypsiq 0:2
Qol: Xavi Simons, 20. Orban, 37.

Bayern – Ştutqart 4:0
Qollar: Keyn, 57; 60; 80. Koman, 89.

20 oktyabr

17:30. Holştayn – Union Berlin
19:30. Volfsburq – Verder