Bundesliqa: “Bayern” 6, “Borussiya” 5 qolla qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

Lider “Bayern” doğma meydanda “Şalke”ni 6 cavabsız qolla məğlub edib. Münhen təmsilçisinin əsas izləyicisi olan Dortmund “Borussiya”sı bu turda Mönhenqladbax “Borussiya”sını qəbul edib. Bu iki komandanın dueli də məhsuldar alınıb və meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Bohum” “Auqsburq”u, “Ayntraxt” “Maynts”ı, “Union Berlin” “Frayburq”u, “Volfsburq” da “Hoffenhaym”ı məğlub yola salıb.

32-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək. “Ştutqart” “Bayer”i, “Leypsiq” isə “Verder”i qəbul edəcək.

Almaniya, Bundesliqa
32-ci tur
12 may

Köln – Herta 5:2
Qol: Selke, 8. Hubers, 39; 69. Skhiri, 43. Hüseynbaşiç, 81 – Rogel, 18. Yovetiç, 33.

13 may

Bayern – Şalke 6:0
Qol: Müller, 21. Kimmix, 29-pen. Qnabri, 50; 65. Tel, 80. Mazraui, 90+2.

Bohum – Auqsburq 3:2
Qol: Adjey, 2. Qaueleu, 59-öz qapısına. Losilla, 62 – Mayer, 29. Yeboa, 85.

Ayntraxt – Maynts 3:0
Qol: Kamada, 18. Buta, 40. Kolo Muani, 59.

Union Berlin – Frayburq 4:2
Qol: Behrens, 5. Bekker, 36; 38. Layduni, 80 – Gulde, 56. Qrifo, 70.

Volfsburq – Hoffenhaym 2:1
Qol: Kaminski, 15. Valdşmit, 75 – Gilavoqi, 90+3-öz qapısına.

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 5:2
Qol: Malen, 5. Bellingem, 18. Haller, 20; 32. Reyna, 90+4 – Bensebaini, 75. Ştindl, 85.

14 may

17:30. Ştutqart – Bayer
19:30. Leypsiq – Verder