Bundesliqa: “Bayern” “Auqsburq”a qalib gəldi, “Borussiya” xal itirdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 24-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Ayntraxt” – “Ştutqart” və “Herta” – “Maynts” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Şalke” – “Borussiya” (Dortmund) matçında da qalib müəyyənləşməyib. “Leypsiq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla məğlub edib. Səkkiz qolun qeydə alındığı “Bayern” – “Auqsburq” matçında isə Münhen təmsilçisi qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

24-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Almaniya Bundesliqası
24-cü tur
10 mart

Köln – Bohum 0:2
Qol: Stoger, 9-pen. Masoviç, 76.

11 mart

Bayern – Auqsburq 5:3
Qol: Kanselo, 15. Pavar, 19; 35. Sane, 45. Deyvis, 74 – Berişa, 3; 60-pen. Kardona, 90+3.

Ayntraxt – Ştutqart 1:1
Qol: Rode, 55 – Silas, 75.

Herta – Maynts 1:1
Qol: Nqankam, 18-pen – Ayorke, 57.

Leypsiq – Borussiya (Mönhenqladbax) 3:0
Qol: Verner, 71. Forsberq, 71. Qvardiol, 80.

Şalke – Borussiya (Dortmund) 2:2
Qol: Bulter, 50. Karaman, 79 – Şlotterbek, 38. Gerrero, 60.

12 mart

18:30. Frayburq – Hoffenhaym
20:30. Verder – Bayer
22:30. Volfsburq – Union Berlin

Xəbəri sosial şəbəkələrdə paylaş: