Bundesliqa: “Bayern” Berlində darmadağına sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Hoffenhaym” – “Borussiya” (Mönhenqladbax) matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Volfsburq” da “Boxum”u məğlub yola salıb.

“Köln” evdə “Darmştadt”a, “Haydenhaym” isə “Leypsiq”ə məğlub olub.

Altı qolun qeydə alındığı “Union Berlin” – “Bayern” matçında da Münhen təmsilçisi darmadağına sevinib.

30-cu turun qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
30-cu tur
19 aprel

Ayntraxt – Auqsburq 3:1
Qollar: Şaibi, 55. Ekitike, 61. Marmuş, 90+5 – Varqas, 13.

20 aprel

Köln – Darmştadt 0:2
Qollar: Klarer, 57. Vilhelmsson, 90.

Haydenhaym – Leypsiq 1:2
Qollar: Dovedan, 69 – Şeşko, 42. Openda, 85.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 4:3
Qollar: Veqorst, 36. Promel, 58. O.Kabak, 66. Stax, 90+1 – Hak, 39; 78; 89.

Volfsburq – Boxum 1:0
Qol: Vind, 43.

Union Berlin – Bayern 1:5
Qollar: Vertessen, 90+1 – Qoretska, 2. Keyn, 45+1. Müller, 53; 66. Tel, 62.

21 aprel

17:30. Verder – Ştutqart
19:30. Borussiya (Dortmund) – Bayer
21:30. Frayburq – Maynts