Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verri ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
“Ştutqart” – “Şalke” matçında qalib müəyyənləşməyib. Səfərdə “Union Verlin”lə qarşılaşan “Bayern” də meydanı 1 xalla tərk edib.
“Ayntraxt” doğma meydanda “Leypsiq”i 4 cavabsız qolla məğlub edib. “Bohum” evdə “Verder”ə, “Volfsburq” isə “Köln”ə uduzub.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da səfərdə “Bayer” üzərində qələbəyə sevinib.
Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Almaniya Bundesliqası
5-ci tur
2 sentyabr
Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Qol: Roys, 16.
3 sentyabr
Bayer – Frayburq 2:3
Qol: K.Demirbay, 16. P.Şik, 65 – Ginter, 48. Qreqoriç, 51. Doan, 72.
Bohum – Verder 0:2
Qol: Fullkurq, 86; 90+2-pen.
Ştutqart – Şalke 1:1
Qol: Fuhrix, 19 – Terodde, 22.
Union Berlin – Bayern 1:1
Qol: Bekker, 12 – Kimmix, 15.
Volfsburq – Köln 2:4
Qol: Nmeça, 2; 79 – Lyubiçiç, 22. Otavio, 31-öz qapısına. Kaynts, 45+2-pen. Adamyan, 81.
Ayntraxt – Leypsiq 4:0
Qollar: Kamada, 16. Rode, 22. Tuta. 67, Borre, 84-pen.
4 sentyabr
17:30. Auqsburq – Herta
19:30. Borussiya (Mönhenqladbax) – Maynts