Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Səfərdə “Darmştadt”la qarşılaşan son çempion “Bayern” darmadağına sevinib.
“Haydenhaym” – “Borussiya” (Mönhenqladbax) matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Maynts” “Boxum”u, “Union Berlin” də “Verder”ə məğlub yola salıb.
“Volfsburq” evdə “Auqsburq”a, “Hoffenhaym” isə “Ştutqart”a uduzub.
26-cı turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
26-cı tur
15 mart
Köln – Leypsiq 1:5
Qollar: Adamyan, 18 – Simons, 15. Opena, 65; 67. Haydara, 70. Poulsen, 82.
16 mart
Darmştadt – Bayern 2:5
Qollar: Şkarke, 28. Vilhelmsson, 90+5 – Musiala, 36; 64. Keyn, 45+1. Qnabri, 74. Tel, 90+3.
Haydenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: E.Dinkci, 66 – Hak, 9.
Maynts – Boxum 2:0
Qollar: Burkardt, 45+3; 71.
Union Berlin – Verder 2:1
Qollar: Vertessen, 50. Aaronson, 52 – Vayzer, 63.
Volfsburq – Auqsburq 1:3
Qollar: Vimmer, 9 – Mayer, 45+2. Jakiç, 61; 79.
Hoffenhaym – Ştutqart 0:3
Qollar: Millot, 16. Girassi, 45+1. Levelinq, 68.
17 mart
18:30. Frayburq – Bayer
20:30. Borussiya (Dortmund) – Ayntraxt