Bundesliqa: “Bayern” qələbəni son anda əldən verdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Ayntraxt” – “Bayern” matçında qalib müəyyənləşməyib. Münhen təmsilçisi qələbəni son dəqiqələrdə əldən verib.

“Ştutqart” – “Hoffenhaym” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Haydenhaym”ın qonağı olan “Leypsiq” isə bu turu qələbə ilə başa vurub.

Beləliklə, 6 turdan sonra 14 xal toplamış “Bayern”lə “Leypsiq” şərikli liderlik edirlər. “Ayntraxt” 13, “Frayburq” 12, “Bayer” və “Union Berlin” 11, “Borussiya” (Dortmund) 10, “Ştutqart” və “Haydenhaym” 9, “Maynts” və “Verder” 8, “Volfsburq” və “Auqsburq” 7 xal toplayıblar.

Almaniya, Bundesliqa
6-cı tur
4 oktyabr

Auqsburq – Borussiya (Mönhenqladbax) 2:1
Qollar: Şlotterbek, 39. Klod-Maurise, 65 – Klayndienst, 72.

5 oktyabr

Bayer – Holştayn 2:2
Qollar: Bonifase, 4. Hofmann, 8 – Qeşvill, 45+5. Arp, 69-pen.

Boxum – Volfsburq 1:3
Qollar: Boadu, 72 – Tomas, 21. Vind, 37.

Union Berlin – Borussiya (Dortmund) 2:1
Qollar: Voqt, 26-pen. Vertessen, 45 – Ryerson, 62.

Verder – Frayburq 0:1
Qol: Doan, 75.

Sankt Pauli – Maynts 0:3
Qollar: Burkardt, 5; 62. Sieb, 16.

6 oktyabr

Haydenhaym – Leypsiq 0:1
Qol: Openda, 59.

Ayntraxt – Bayern 3:3
Qollar: Marmuş, 22; 90+4. Ekitike, 35 – Kim, 15. Upamekano, 38. Olise, 53.

Ştutqart – Hoffenhaym 1:1
Qollar: Demiroviç, 90+9 – Gendrey, 45.

Xəbəri sosial şəbəkələrdə paylaş: