Bundesliqa: “Bayern” qalib gəldi, “Bayer” uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Verder” – “Köln” matçında qalib müəyyənləşməyib.

Çempion və lider “Bayern” bu dəfə “Sankt Pauli”ni məğlub yola salıb. “Hoffenhaym” da evdə “Auqsburq”a böyük hesabla qalib gəlib. “Union Berlin” evdə “Haydenhaym”a, “Bayer” isə Dortmund “Borussiya”sına məğlub olub.

12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
12-ci tur
28 noyabr

Borussiya (Mönhenqladbax) – Leypsiq 0:0

29 noyabr

Bayern – Sankt Pauli 3:1
Qollar: R.Gerrero, 44. L.Dias, 90+3. N.Cekson, 90+6 – Huntondji, 6.

Hoffenhaym – Auqsburq 3:0
Qollar: B.Ture, 16. Burger, 26. Zesiger, 45-öz qapısına.

Union Berlin – Haydenhaym 1:2
Qollar: Xedira, 43 – Şimmer, 90. Şoppner, 90+5.

Verder – Köln 1:1
Qollar: Friedl, 22 – El Mala, 90+1.

Bayer – Borussiya (Dortmund) 1:2
Qollar: Kofane, 83 – Anselmino, 41. Adeyemi, 65.

30 noyabr

18:30. Hamburq – Ştutqart
20:30. Ayntraxt – Volfsburq
22:30. Frayburq – Maynts