Bundesliqa: “Bayern” uduzdu, “Borussiya” zirvəni ələ keçirdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 29-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Bohum” doğma meydanda “Volfsburq”a, “Herta” “Verder”ə, “Hoffenhaym” isə “Köln”ə məğlub olub.

Lider “Bayern” səfərdə “Maynts”la qarşılaşıb. Münhen təmsilçisi bu oyunda hesabı açsa da, matçın son yarım saatında buraxdığı üç qolla məğlub olub. Bundan maksimum istifadə edən Dortmund “Borussiya”sı doğma meydanda “Ayntraxt”a 4 cavabsız qolla qalib gələrək liderliyi ələ keçirib. Belə ki, hazırda “Borussiya”nın 60, “Bayern”in isə 59 xalı var. Üçüncü pillədə qərarlaşmış “Union Berlin” komandasının da 52 xalı var. “Leypsiq” 51, “Frayburq” 50, “Maynts” 45 xalla sonrakı pillələrdə qərarlaşıblar.

29-cu turun qalan görüşləri bazar günü keçiriləcək.

Almaniya Bundesliqası
29-cu tur
21 aprel

Auqsburq – Ştutqart 1:1
Qol: Delyo, 8 – Endo, 78.

22 aprel

Bohum – Volfsburq 1:5
Qol: Broşinski, 69 – Svanberq, 10; 56. Kaminski, 21. Vimmer, 33. Valdşmit, 77.

Herta – Verder 2:4
Qol: Nqankam, 68. Lukebakio, 79-pen – Dukş, 6; 27; 51. Veyzer, 63.

Hoffenhaym – Köln 1:3
Qol: Dolberq, 90+4 – Kaynts, 18-pen. Selke, 39. Tilman, 90+2.

Maynts – Bayern 3:1
Qol: Ayorke, 65. Barreyro, 73. Martin, 79 – Mane, 29.

Borussiya (Dortmund) – Ayntraxt 4:0
Qol: Bellingem, 19. Malen, 24; 66. Hummels, 41.

23 aprel

17:30. Frayburq – Şalke
19:30. Bayer – Leypsiq
21:30. Borussiya (Mönhenqladbax) – Union Berlin

Xəbəri sosial şəbəkələrdə paylaş: