Bundesliqa: “Bayern” yeni mövsümə darmadağınla başladı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

1-ci turun açılış oyununda son çempion “Bayern” səfərdə “Ayntraxt”la üz-üzə gəlib. Münhen təmsilçisi Ayntraxtda 6 qola sevinib.

İlk turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Almaniya Bundesliqası
1-ci tur
5 avqust

Ayntraxt – Bayern 1:6
Qol: Muani, 64 – Kimmix, 5. Pavar, 11. Mane, 29. Musiala, 35; 83. Qnabri, 43.