Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 9-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Bayer” “Şalke”ni, “Bohum” isə “Ayntraxt”ı darmadağınla yola salıb. “Auqsburq” – “Volfsburq” və “Maynts” – “Leypsiq” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun mərkəzi matçında isə son çempion “Bayern” səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda da qalib müəyyənləşməyib.
9-cu tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
9-cu tur
7 oktyabr
Hoffenhaym – Verder 1:2
Qol: Dabbur, 32 – Dukş, 18. Fullkruq, 87.
8 oktyabr
Auqsburq – Volfsburq 1:1
Qol: Qumni, 5 – Gerhardt, 27.
Bayer – Şalke 4:0
Qol: Diabi, 38. Frimponq, 41; 53. Paulinyo, 90.
Bohum – Ayntraxt 3:0
Qol: Hofmann, 71. Ndikka, 87-öz qapısına. Forster, 90+1.
Maynts – Leypsiq 1:1
Qol: İnqvartsen, 45 – Nkunku, 80.
Borussiya (Dortmund) – Bayern 2:2
Qol: Mukoko, 74. Modeste, 90+5 – Qoretska, 33. Sane, 53.
9 oktyabr
17:30. Borussiya (Mönhenqladbax) – Köln
19:30. Herta – Frayburq
21:30. Ştutqart – Union Berlin