Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Boxum” – “Haydenhaym” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Mönhenqladbax və Dortmund “Borussiya”ları arasında keçirilmiş və üç qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar.
Günün qalan oyunlarında meydan sahibləri qələbə qazanıblar. Son çempion “Bayern” “Köln”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Maynts” doğma meydanda “Hoffenhaym”a, “Leypsiq” “Volfsburq”a, “Ştutqart” da “Ayntraxt”a böyük hesabla qalib gəlib.
29-cu tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Almaniya, Bundesliqa
29-cu tur
12 aprel
Auqsburq – Union Berlin 2:0
Qollar: Tiets, 47. Miçel, 81.
13 aprel
Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:2
Qollar: Vöber, 36 – Zabitser, 22; 28-pen.
Bayern – Köln 2:0
Qollar: R.Gerrero, 65. Müller, 90+3.
Boxum – Haydenhaym 1:1
Qollar: Şlotterbek, 90 – Şlotterbek, 81-öz qapısına.
Maynts – Hoffenhaym 4:1
Qol: Burkardt, 47; 41. Qruda, 63. Onisivo, 88 – Kaderabek, 19.
Leypsiq – Volfsburq 3:0
Qollar: Olmo, 13. Şeşko, 68. Openda, 82.
Ştutqart – Ayntraxt 3:0
Qollar: Girassi, 11. Undav, 17. Levelinq, 37.
14 aprel
17:30. Darmştadt – Frayburq
19:30. Bayer – Verder