Bundesliqa: “Bayern”in “ulduzlar”ının qiyməti “ölüb”

“Transfermarkt” portalı Almaniya çempionatında (Bundesliqa) oynayan futbolçuların bazar qiymətlərinin yenilənmiş cədvəlini açıqlayıb.

Arena.az portala istinadən xəbər verir ki, ən çox futbolçusu qiymətdən düşən klublar arasında “Bayern” liderdir.

Münhen nəhənginin yeddi futbolçusu müvafiq siyahıda yer alıb. “Bayern”in yarımmüdafiəçisi Leon Qoretska və hücumçusu Sadio Mane “ucuzlar”ın siyahısına başçılıq edirlər. Hər iki futbolçunun bazar qiyməti 20 milyon avro məbləğində ucuzlaşıb.

Müvafiq siyahını diqqətinizə çatdırırıq:

  1. Leon Qoretska (“Bayern”) – 45 milyon avro (-20 milyon avro);
  2. Sadio Mane (“Bayern”) – 25 milyon avro (-20 milyon avro);
  3. Joao Kanselo (“Bayern”) – 50 milyon avro (-10 milyon avro);
  4. David Raum (“Leypsiq”) – 14 milyon avro (-6 milyon avro);
  5. Tomas Müller (“Bayern”) – 12 milyon avro (-6 milyon avro);
  6. Yozua Kimmix (“Bayern”) – 75 milyon avro (-5 milyon avro);
  7. Leroy Sane (“Bayern”) – 65 milyon avro (-5 milyon avro);
  8. Lukas Hernandes (“Bayern”) – 45 milyon avro (-5 milyon avro);
  9. Patrik Şik (“Bayer”) – 25 milyon avro (-5 milyon avro);
  10. Andre Silva (“Leypsiq”) – 15 milyon avro (-5 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: