Bundesliqa: “Bayern”lə “Bayer” 3 xalı 3 qolla qazandılar

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Boxum” – “Leypsiq” matçında qalib müəyyənləşməyib.

“Haydenhaym” evdə “Sankt Pauli”yə, “Holştayn” isə “Hoffenhaym”a uduzub.

Lider “Bayern” doğma meydanda “Volfsburq”u, son çempion “Bayer” isə Mönhenqladbax “Borussiya”sını məğlub edib. “Ştutqart” da “Frayburq”la ev oyununda 4 cavabsız qola sevinib.

18-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
18-ci tur
17 yanvar

Ayntraxt – Borussiya (Dortmund) 2:0
Qollar: Ekitike, 18. Hoylund, 90+2.

18 yanvar

Bayern – Volfsburq 3:2
Qollar: Qoretska, 20; 62. Olise, 39 – Amura, 24; 88.

Boxum – Leypsiq 3:3
Qollar: Boadu, 48; 56; 61-pen – Orban, 10. Nusa, 13. Baumqartner, 22.

Haydenhaym – Sankt Pauli 0:2
Qollar: Eggeştayn, 25-pen. Gilavoqi, 90+2.

Holştayn – Hoffenhaym 1:3
Qollar: Kelati, 84 Hlojek, 26; 56. Kramariç, 45+1.

Ştutqart – Frayburq 4:0
Qollar: Ruault, 2. Demiroviç, 17. Voltemade, 45+5. Undav, 80.

Bayer – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Virts, 32; 62-pen. Şik, 74 – Klayndienst, 90+1.

19 yanvar

18:30. Union Berlin – Maynts
20:30. Verder – Auqsburq