Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 30-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Bohum” doğma meydanda Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı 5-ci dəqiqədə meydan sahibləri açıblar. Amma qonaqlar cəmi 2 dəqiqə sonra buraxılan qolun əvəzini çıxa biliblər. Qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb və tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.
30-cu turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
30-cu tur
28 aprel
Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Losilla, 5 – Adeyemi, 7.
29 aprel
17:30. Ayntraxt – Auqsburq
17:30. Köln – Frayburq
17:30. Leypsiq – Hoffenhaym
17:30. Ştutqart – Borussiya (Mönhenqladbax)
17:30. Union Berlin – Bayer
20:30. Şalke – Verder
30 aprel
17:30. Bayern – Herta
19:30. Volfsburq – Maynts


