Bundesliqa: “Borussiya” “Leypsiq”i Dortmunddan məğlub yola saldı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Dortmund “Borussiya”sı doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıblar.

23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
23-cü tur
3 mart

Borussiya (Dortmund) – Leypsiq 2:1
Qol: Roys, 21-pen. E.Can, 39 – Forsberq, 74.

4 mart

18:30. Auqsburq – Verder
18:30. Borussiya (Mönhenqladbax) – Frayburq
18:30. Bohum – Şalke
18:30. Maynts – Hoffenhaym
18:30. Union Berlin – Köln
21:30. Ştutqart – Bayern

5 mart

18:30. Bayer – Herta
20:30. Volfsburq – Ayntraxt