Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Maynts” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar rəqib futbolçunun avtoqolu nəticəsində səfərdən 3 xalla qayıdıblar.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
13-cü tur
5 dekabr
Maynts – Borussiya (Mönhenqladbax) 0:1
Qol: Da Kosta, 58-öz qapısına.
6 dekabr
18:30. Auqsubrq – Bayer
18:30. Köln – Sankt Pauli
18:30. Haydenhaym – Frayburq
18:30. Ştutqart – Bayern
18:30. Volfsburq – Union Berlin
21:30. Leypsiq – Ayntraxt
7 dekabr
18:30. Hamburq – Verder
20:30. Borussiya (Dortmund) – Hoffenhaym


