Bundesliqa: “Borussiya” son bir tur qalmış zirvəyə yüksəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 33-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Maynts” doğma meydanda “Ştutqart”a böyük hesabla uduzub. Dörd qolun qeydə alındığı “Bayer” – “Borussiya” (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı isə səfərdə “Auqsburq”la qarşılaşıb. Bir gün öncə lider “Bayern”in məğlub olmasından maksimum istifadə edən dortmundlular bu görüşdə darmadağına imza ataraq sona bir tur qalmış zirvəyə yüksəliblər.

Beləliklə, 33 turdan sonra “Borussiya” (Dortmund) 70 xalla vahid liderdir. “Bayern” isə 68 xalla ikinci pillədə qərarlaşıb. 63 xalı olan “Leypsiq” üçüncüdür.

“Union Berlin” və “Frayburq”un 59, “Bayer”in 50, “Volfsburq”un 49, “Ayntraxt”ın 47, “Maynts”ın 45, “Köln”ün 42, Mönhenqladbax “Borussiya”sının 40, “Verder”in 36, “Hoffenhaym”ın 35 xalı var. “Auqsburq” 34, “Ştutqart” və “Bohum” 32, “Şalke” 31 xal toplayıb. Bundesliqanı tərk edəcəyi dəqiqləşən sonuncu pillədəki “Herta” 26 xalda qalıb.

Almaniya, Bundesliqa
33-cü tur
19 may

Frayburq – Volfsburq 2:0
Qol: Günter, 71. Petersen, 75.

20 may

Herta – Bohum 1:1
Qol: Tuzar, 63 – Şlotterbek, 90+4.

Hoffenhaym – Union Berlin 4:2
Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 – Doexi, 45+4. Layduni, 90+5.

Şalke – Ayntraxt 2:2
Qol: Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59.

Verder – Köln 1:1
Qol: Şmid, 73 – Tigges, 36.

Bayern – Leypsiq 1:3
Qol: Qnabri, 25 – Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.

21 may

Maynts – Ştutqart 1:4
Qol: İnqvartsen, 23 – Endo, 41. Jirassi, 63. Fuhrix, 78. Kulibali, 90+1.

Auqsburq – Borussiya (Dortmund) 0:3
Qol: Haller, 58; 84. Brandt, 90+3.

Bayer – Borussiya (Mönhenqladbax) 2:2
Qol: Adli, 15. Demirbay, 20 – Hofmann, 58. Ştindl, 90.