Bundesliqa: “Borussiya”dan “Maynts”la matçda əzmkar qələbə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

“Frayburq” – “Ayntraxt” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Verder” doğma meydanda “Union Berlin”ə, “Maynts” isə Dortmund “Borussiya”sına uduzub. “Auqsburq” “Borussiya” (Mönhenqladbax), “Bayer” də “Bohum”la ev oyunundan qalib ayrılıb.

Beləliklə, 17 turdan sonra 36 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncüdür. “Ayntraxt”, Dortmund “Borussiya”sı və “Frayburq” 31, “Volfsburq” 29, “Bayer” 24, Mönhenqladbax “Borussiya”sı isə 22 xal toplaya bilib.

Sonda onu da xatırladaq ki, Bundesliqada növbəti turun qarşılaşmaları bu həftənin sonunda – 27, 28 və 29 yanvarda keçiriləcək.

Almaniya Bundesliqası
17-ci tur
24 yanvar

Şalke – Leypsiq 1:6
Qol: Kozuki, 56 – A.Silva, 7; 44. Henriks, 15. Verner, 45+2. Olmo, 83. Poulsen, 89.

Bayern – Köln 1:1
Qol: Kimmix, 90 – Sxiri, 4.

Herta – Volfsburq 0:5
Qol: Svanberq, 4. Arnold, 31. Vind, 34. Baku, 72. Marmuş, 86.

Hoffenhaym – Ştutqart 2:2
Qol: Kramariç, 11. 90+4 – Jirassi, 45+5. Endo, 77.

25 yanvar

Maynts – Borussiya (Dortmund) 1:2
Qol: Li, 2 – Ryerson, 4. Reyna, 90+3.

Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Berişa, 82.

Bayer – Bohum 2:0
Qol: Tapsoba, 8. Hlojek, 53.

Frayburq – Ayntraxt 1:1
Qol: Ginter, 47 – Muani, 42.

Verder – Union Berlin 1:2
Qol: Piper, 13 – Haberer, 18. Behrens, 46.