Bundesliqa: “Borussiya”ların biri qalib gəldi, digəri uduzdu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Borussiya” (Dortmund) – “Auqsburq” matçında meydan sahibləri qələbə qazanıblar. Mönhenqladbax “Borussiya”sı isə “Bayer”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.

Beləliklə, 16 turdan sonra 35 xala malik “Bayern” vahid liderdir. “Ayntraxt”, “Union Berlin” və “Frayburq”un hesabında 30 xal var. “Leypsiq” 29, Dortmund “Borussiya”sı 28, “Volfsburq” 26, Mönhenqladbax “Borussiya”sı isə 22 xal toplaya bilib.

Almaniya Bundesliqası
16-cı tur
20 yanvar

Leypsiq – Bayern 1:1
Qol: Halştenberq, 52 – Şupo-Motinq, 37.

21 yanvar

Bohum – Herta 3:1
Qol: Hofmann, 22; 56. Şlotterbek, 44 – S.Serdar, 87.

Ayntraxt – Şalke 3:0
Qol: Lindstrom, 22. Borre, 84. Buta, 90+1.

Ştutqart – Maynts 1:1
Qol: Jirassi, 36 – İnqvartsen, 40-pen.

Union Berlin – Hoffenhaym 3:1
Qol: Duxi, 73; 89. Levelinq, 90+6 – Bebu, 43.

Volfsburq – Frayburq 6:0
Qol: Vimmer, 2. Vind, 28; 37. Gerhardt, 56. Baku, 80. Valdşmidt, 90+4-pen.

Köln – Verder 7:1
Qol: Maina, 9. Tigges, 16; 21. Sxiri, 30; 54. Huseynbaşiç, 36. Friedl, 77-öz qapısına – Fullkruq, 38.

22 yanvar

Borussiya (Dortmund) – Auqsburq 4:3
Qol: Bellingem, 29. Şlotterbek, 42. Bayno-Gittens, 75. Reyna, 78 – Mayer, 40. Demiroviç, 45+1. Kolina, 77.

Borussiya (Mönhenqladbax) – Bayer 2:3
Qol: Ştindl, 82; 90+3 – Bakker, 21. Adli, 43. Amiri, 67.