Bundesliqa: Cari mövsümün rəmzi komandası açıqlandı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) başa çatmaqda olan 2022/2023 mövsümünün rəmzi komandası açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

Mövsümün ən yaxşı 11 futbolçusu arasında Dortmund “Borussiya”sından dörd, Münhen “Bayern”indən üç oyunçu yer alıb. Leverkuzen “Bayer”indən iki, Frankfurt “Ayntraxt”ından və “Verder”dən bir futbolçu bu siyahıya düşə bilib.

Qapıçı: Qreqor Kobel (“Borussiya”, Dortmund);

Müdafiəçilər: Jeremi Frimponq (“Bayer”, Leverkuzen), Matteys de Liqt, Alfonso Deyvis (hər ikisi “Bayern”, Münhen), Niko Şlotterbek (“Borussiya”, Dortmund);

Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi “Borussiya”, Dortmund), Camal Musiala (“Bayern”, Münhen);

Hücumçular: Mussa Diabi (“Bayer”, Leverkuzen), Randal Kolo Muani (“Ayntraxt”, Frankfurt), Niklas Fullkruq (“Verder”).

Xatırladaq ki, Almaniya Bundesliqasında 2022/2023 mövsümünün başa çatmasına 3 tur qalıb. Hazırda turnir cədvəlinə 65 xala malik “Bayern” başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund “Borussiya”sı isə ikincidir. “Leypsiq” 57 xalla üçüncü, “Union Berlin” və “Frayburq” 56 xalla dördüncü və beşinci, “Bayer” 48 xalla altıncı pillədə qərarlaşıb.