Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Darmştadt” doğma meydanda “Köln”lə qarşılaşıb. “Keçilər” səfər matçında tək qolla 3 vacib xal qazanıblar.
Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
13-cü tur
1 dekabr
Darmştadt – Köln 0:1
Qol: Selke, 60.
2 dekabr
18:30. Borussiya (Mönxenqladbax) – Hoffenhaym
18:30. Bayern – Union Berlin
18:30. Boxum – Volfsburq
18:30. Leypsiq – Haydenhaym
21:30. Ştutqart – Verder
3 dekabr
18:30. Maynts – Frayburq
20:30. Bayer – Borussiya (Dortmund)
22:30. Auqsburq – Ayntraxt