Bundesliqa: Dortmundda tək qolla 3 xal

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 5-ci tura start verilib. Arena.az xəbər verri ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Dortmund “Borussiya”sı “Hoffenhaym”ı qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
5-ci tur
2 sentyabr

Borussiya (Dortmund) – Hoffenhaym 1:0
Qol: Marko Roys, 16.

3 sentyabr

17:30. Bayer – Frayburq
17:30. Bohum – Verder
17:30. Ştutqart – Şalke
17:30. Union Verlin – Bayern
17:30. Volfsburq – Köln
20:30. Ayntraxt – Leypsiq

4 sentyabr

17:30. Auqsburq – Herta
19:30. Borussiya (Mönhenqladbax) – Maynts