Bundesliqa: “Frayburq”dan “Verder”ə 5 cavabsız qol – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Frayburq” doğma meydanda “Verder”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda 5 cavabsız qola seviniblər.

23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
23-cü tur
21 fevral

Frayburq – Verder 5:0
Qollar: Sildilya, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2.

22 fevral

18:30. Borussiya (Mönhenqladbax) – Auqsburq
18:30. Holştayn – Bayer
18:30. Maynts – Sankt Pauli
18:30. Volfsburq – Boxum
21:30. Borussiya (Dortmund) – Union Berlin

23 fevral

18:30. Leypsiq – Haydenhaym
20:30. Bayern – Ayntraxt
22:30. Hoffenhaym – Ştutqart