Bundesliqa: “Hoffenhaym” “Şalke”ni səfərdə darmadağın etdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Şalke” doğma meydanda “Hoffenhaym”la qarşıılaşıb. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.

10-cu turun qalan matçları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
10-cu tur
14 oktyabr

Şalke – Hoffenhaym 0:3
Qol: Skov, 11; 59. Dabbur, 45+2.

15 oktyabr

17:30. Ayntraxt – Bayer
17:30. Ştutqart – Bohum
17:30. Verder – Maynts
17:30. Volfsburq – Borussiya (Mönhenqladbax)
20:30. Leypsiq – Herta

16 oktyabr

17:30. Köln – Auqsburq
19:30. Union Berlin – Borussiya (Dortmund)
21:30. Bayern – Frayburq