Bundesliqa klubunun baş məşqçisində koronavirus aşkarlandı

Almaniyanın “Herta” klubunda baş məşqçi Pal Dardai koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Dardai ilə yanaşı, onun köməkçisi Admir Hamzaqiç və hücumçu Dodi Lukebakioda da koronavirus aşkarlandığı diqqətə çatdırılıb.

Hər üç şəxs xəstəliyi simptomsuz keçirsə də, karantinə alınıb. Dardainin digər köməkçisi Andreas Noyendorf da komandadan təcrid edilib. Baş məşqçi sağalanadək onun səlahiyyətlərini idman direktoru Arne Fridrix yerinə yetirəcək.

Qeyd edək ki, “Herta” Bundesliqada bu mövsüm keçirdiyi 28 oyunda 26 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.