Bundesliqa: “Köln” “Herta”nı 5 qolla məğlub etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Köln” “Herta”nı qəbul edib. Yeddi qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

32-ci turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
32-ci tur
12 may

Köln – Herta 5:2
Qol: Selke, 8. Hubers, 39; 69. Skhiri, 43. Hüseynbaşiç, 81 – Rogel, 18. Yovetiç, 33.

13 may

17:30. Bayern – Şalke
17:30. Bohum – Auqsburq
17:30. Ayntraxt – Maynts
17:30. Union Berlin – Frayburq
17:30. Volfsburq – Hoffenhaym
20:30. Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax)

14 may

17:30. Ştutqart – Bayer
19:30. Leypsiq – Verder