Bundesliqa: “Leypsiq” “Bayern” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı görüş baş tutub.

“Bohum” evdə Mönhenqladbah “Borussiya”sına, “Köln” “Ştutqart”a, “Maynts” isə “Bayer”ə məğlub olub.

“Haydenhaym” “Union Berlin”i, “Volfsburq” da “Ayntraxt”ı məğlub yola salıb.

Günün ən maraqlı görüşlərindən biri “Leypsiq”lə son çempion “Bayern” arasında baş tutub. Matçın əvvəlində meydan sahibləri ardıcıl iki qol vursalar da, sonda Münhen nəhəngi bərabərliyi təmin edə bilib. Beləcə, dörd qolluq qarşılaşma heç-heçə bitib.

6-cı turun qalan bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
6-cı tur
29 sentyabr

Hoffenhaym – Borussiya (Dortmund) 1:3
Qollar: Kramariç, 25-pen – Fullkruq, 18. Roys, 45+3. Ryerson, 90+5.

30 sentyabr

Bohum – Borussiya (Mönhenqladbah) 1:3
Qollar: Losilla, 68 – Noyhaus, 27. Plea, 37; 45+3.

Köln – Ştutqart 0:2
Qollar: Undav, 68; 88.

Haydenhaym – Union Berlin 1:0
Qol: Beste, 59.

Maynts – Bayer 0:3
Qollar: Van den Berq, 18-öz qapısına. Qrimaldo, 59. Hofmann, 65.

Volfsburq – Ayntraxt 2:0
Qollar: Vind, 31; 84.

Leypsiq – Bayern 2:2
Qollar: Openda, 20; 26 – Keyn, 57-pen. Sane, 70.

1 oktyabr

17:30. Darmştadt – Verder
19:30. Frayburq – Auqsburq