Bundesliqa: “Leypsiq” “Verder” üzərində qələbə ilə 3-cü pillədə!

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 32-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Ştutqart” – “Bayer” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Turun son matçında isə “Leypsiq” “Verder”i qəbul edib. Üç qolun vurulduğu bu oyunda da meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, 32 turdan sonra 68 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 67 xalla ikinci, “Leypsiq” 60 xalla üçüncü pillədə qərarlaşıb. “Union Berlin” 59, “Frayburq” 56, “Volfsburq”la “Bayer” 49, “Ayntraxt” 46, “Maynts” 45, “Köln” 41, “Borussiya” (Mönhenqladbax) 39, “Verder” 35 xal toplayıb.

Almaniya, Bundesliqa
32-ci tur
12 may

Köln – Herta 5:2
Qol: Selke, 8. Hubers, 39; 69. Skhiri, 43. Hüseynbaşiç, 81 – Rogel, 18. Yovetiç, 33.

13 may

Bayern – Şalke 6:0
Qol: Müller, 21. Kimmix, 29-pen. Qnabri, 50; 65. Tel, 80. Mazraui, 90+2.

Bohum – Auqsburq 3:2
Qol: Adjey, 2. Qaueleu, 59-öz qapısına. Losilla, 62 – Mayer, 29. Yeboa, 85.

Ayntraxt – Maynts 3:0
Qol: Kamada, 18. Buta, 40. Kolo Muani, 59.

Union Berlin – Frayburq 4:2
Qol: Behrens, 5. Bekker, 36; 38. Layduni, 80 – Gulde, 56. Qrifo, 70.

Volfsburq – Hoffenhaym 2:1
Qol: Kaminski, 15. Valdşmit, 75 – Gilavoqi, 90+3-öz qapısına.

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 5:2
Qol: Malen, 5. Bellingem, 18. Haller, 20; 32. Reyna, 90+4 – Bensebaini, 75. Ştindl, 85.

14 may

Ştutqart – Bayer 1:1
Qol: Jirassi, 57-pen – Palasios, 70-pen.

Leypsiq – Verder 2:1
Qol: Orban, 87. Soboslai, 90+6 – Bittenkur, 70.