Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Herta” – “Bohum” və “Verder – Köln” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Şalke” – “Ayntraxt” görüşündə də qalib müəyyənləşməyib.
Altı qolluq “Hoffenhaym” – “Union Berlin” matçı meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Lider “Bayern” isə “Leypsiq”lə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib. Hesabı Münhen təmsilçisi açsa da, qalan dəqiqələrdə 3 qol vuran qonaqlar inamlı və əzmkar qələbəyə seviniblər. Sona bir tur qalmış bu xal itkisi “Bayern”ə çempionluğu əldən vermək bahasına başa gələ bilər. Sabah “Auqsburq”un qonağı olacaq Dortmund “Borussiya”sı qalib gələcəyi halda, zirvəni ələ keçirəcək.
33-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
33-cü tur
19 may
Frayburq – Volfsburq 2:0
Qol: Günter, 71. Petersen, 75.
20 may
Herta – Bohum 1:1
Qol: Tuzar, 63 – Şlotterbek, 90+4.
Hoffenhaym – Union Berlin 4:2
Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 – Doexi, 45+4. Layduni, 90+5.
Şalke – Ayntraxt 2:2
Qol: Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59.
Verder – Köln 1:1
Qol: Şmid, 73 – Tigges, 36.
Bayern – Leypsiq 1:3
Qol: Qnabri, 25 – Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.
21 may
17:30. Maynts – Ştutqart
17:30. Auqsburq – Borussiya (Dortmund)
17:30. Bayer – Borussiya (Mönhenqladbax)