Bundesliqa: Lider də uduzdu, “Borussiya”lar da

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 8-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Lider “Union Berlin” bu dəfə səfərdə “Ayntraxt”la qarşılaşıb. Frankfurt təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib. Berlin təmsilçisi isə cari mövsümdə ilk dəfə məğlubiyyətə üzülüb.

Dortmund “Borussiya”sı “Köln”lə səfər matçından xalsız qayıdıb. Mönhenqladbax “Borussiya”sı da “Verder”lə səfər oyununda darmadağına üzülüb.

“Frayburq” “Maynts”ı, “Leypsiq” “Bohum”u, “Volfsburq” isə “Ştutqart”ı məğlub yola salıb.

Turun qalan qarşılaşmaları sabah – 2 oktyabrda keçiriləcək.

Almaniya Bundesliqası
8-ci tur

30 sentyabr

Bayern – Bayer 4:0
Qol: Sane, 3. Musiala, 17. Mane, 39. Müller, 84.

1 oktyabr

Ayntraxt – Union Berlin 2:0
Qol: Götse, 12. Lindstrom, 42.

Köln – Borussiya (Dortmund) 3:2
Qol: Kaynts, 53. Tigges, 56. Lyubiçiç, 71 – Brandt, 31. Şmits, 78-öz qapısına.

Frayburq – Maynts 2:1
Qol: Qreqoriç, 3. Kyereh, 37 – Martin, 52.

Leypsiq – Bohum 4:0
Qol: Verner, 15; 53. Nkunku, 23-pen; 85.

Volfsburq – Ştutqart 3:2
Qol: Marmuş, 23. Arnold, 38. Gerhardt, 90+1 – Jirassi, 22. Mavropanos, 45+1.

Verder – Borussiya (Mönhenqladbax) 5:1
Qol: Fullkruq, 5; 13. Duks, 8. Bensebaini, 37-öz qapısına. Veyser, 73 – Turam, 63.

2 oktyabr

17:30. Herta – Hoffenhaym
19:30. Şalke – Auqsburq