Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Mönhenqladbax “Borussiya”sının “Frayburq”la ev oyununda qapılara qol vurulmayıb. “Union Berlin” də bu dəfə “Köln”lə ev oyunundan qolsuz ayrılıb. “Auqsburq” “Verder”i, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. “Bohum” da doğma meydanda “Şalke”yə 2 cavabsız qolla uduzub. Səfərdə “Ştutqart”la qarşılaşan “Bayern” isə turu qələbə ilə başa vuraraq yenidən zirvəyə qayıdıb. Hazırda bu komanda ilə bir gün öncə qələbə qazanmış Dortmund “Borussiya”sının eyni xalı var – 49.
23-cü tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
23-cü tur
3 mart
Borussiya (Dortmund) – Leypsiq 2:1
Qol: Roys, 21-pen. E.Can, 39 – Forsberq, 74.
4 mart
Auqsburq – Verder 2:1
Qol: Belyo, 6. Mayer, 46 – Staqe, 16.
Borussiya (Mönhenqladbax) – Frayburq 0:0
Bohum – Şalke 0:2
Qol: Riemann, 45-öz qapısına. Bulter, 79.
Maynts – Hoffenhaym 1:0
Qol: Barreyro, 33.
Union Berlin – Köln 0:0
Ştutqart – Bayern 1:2
Qol: Perea, 88 – De Liqt, 39. Şupo-Motinq, 62.
5 mart
18:30. Bayer – Herta
20:30. Volfsburq – Ayntraxt


