Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Herta” – “Frayburq” matçında qalib müəyyənləşməyib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan frayburqlular 2 qol vurduqları bu matçdan 1 xalla ayrılıblar.
Mönhenqladbax “Borussiya”sı bu dəfə “Köln”lə qarşılaşıb. Yeddi qolluq bu matçda meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Ştutqart”la qarşılaşan lider “Union Berlin” isə minimal hesabla vacib 3 xal qazanıb.
“Union Berlin” bu qələbədən sonra 20 xalla zirvədə qərarlaşıb. “Frayburq” 18 xalla ikincidir. “Bayern”lə Dortmund “Borussiya”sının 16 xalı var. “Verder” və Mönhenqladbax “Borussiya”sı isə 15 xal toplaya bilib.
Almaniya Bundesliqası
9-cu tur
7 oktyabr
Hoffenhaym – Verder 1:2
Qol: Dabbur, 32 – Dukş, 18. Fullkruq, 87.
8 oktyabr
Auqsburq – Volfsburq 1:1
Qol: Qumni, 5 – Gerhardt, 27.
Bayer – Şalke 4:0
Qol: Diabi, 38. Frimponq, 41; 53. Paulinyo, 90.
Bohum – Ayntraxt 3:0
Qol: Hofmann, 71. Ndikka, 87-öz qapısına. Forster, 90+1.
Maynts – Leypsiq 1:1
Qol: İnqvartsen, 45 – Nkunku, 80.
Borussiya (Dortmund) – Bayern 2:2
Qol: Mukoko, 74. Modeste, 90+5 – Qoretska, 33. Sane, 53.
9 oktyabr
Borussiya (Mönhenqladbax) – Köln 5:2
Qol: Fridrix, 27. Bensebaini, 45+2-pen; 76. Ştindl, 47. M.Turam, 90+1 – Kaynts, 31. Huseynbaşiç, 83.
Herta – Frayburq 2:2
Qol: Lukebakio, 34-pen. S.Serdar, 61 – Kyere, 22. Şade, 78.
Ştutqart – Union Berlin 0:1
Qol: Yekkel, 76.